
Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai
prospektində təmir işlərinə başlanılıb.
Trend bu
barədə AAYDA-ya istinadən xəbər verir.
Bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov
küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik
hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə
hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi
işləri həyata keçirilir.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə
tutulur:
– Zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni
səki daşlarının düzülməsi,
– Prospektə yeni asfalt-beton örtüyünün döşənməsi,
– Yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə
hündürlüyünə qaldırılması və yenilənməsi,
– Yeni baxış qapaqları və yağış barmaqlıqlarının
quraşdırılması.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata
keçirilir. Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin
təhlükəsiz və nizamlı təşkili məqsədilə üfüqi nişanlama xətlərinin
çəkilməsi təmin olunacaq.

