
Bakı. Trend:
ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət
Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan -ABŞ strateji
tərəfdaşlığının genişləndirilməsinin Dəhliz boyunca ticarət və
enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün
iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq.
Trend xəbər verir
ki, bunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz rəsmi
“X” səhifəsində yazıb.
“Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və
Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq
məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur
layihələrini diqqətə çatdırdıq.
ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və
investisiya mühitindən yararlanmağa dəvət etdik”, – deyə paylaşımda
vurğulanır.