Bu gün dünyada hər 10 uşaqdan biri uşaq əməyinə cəlb edilir – Saidhomid Şarifzoda

Baş səhifə

Bakı. Trend:

Bu gün dünyada hər 10 uşaqdan biri uşaq əməyinə cəlb edilir.

Trend xəbər
verir ki, bu sözləri Tacikistan Respublikası Prezidentinin yanında
Strateji Araşdırmalar Mərkəzinin Regional Təhlükəsizlik
Məsələlərinin Təhlili və Proqnozlaşdırılması Departamentinin
rəhbəri Saidhomid Şarifzoda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü
toplantısı zamanı çıxış edərkən deyib.

O bildirib ki, bütün təhlillər onu göstərir ki, 52 milyon uşaq
hazırda münaqişə zonasında təhsilə, səhiyyəyə çıxışı olmayan
ərazilərdə yaşayır.

“Biz öz səylərimizi humanitar səylərə səfərbər etməliyik.
Tacikistan da AQEM-in üzvü olaraq hər zaman seçilib. Biz hər zaman
ikili standartlara qarşı olmuşuq və hər zaman öz dayanıqlı
münasibətimizi təqdim etmişik. Dünyanın müxtəlif ölkələri ilə
diplomatik münasibərlər bizim hər zaman prioritetlərimizdən
olub”.




Onun sözlərinə görə, AQEM öz növbəsində fəaliyyətlərini
prioritetləşdirməlidir.

“O, özünün navatorluğu ilə seçilməlidir. AQEM çox möhtəşəm bir
platformadır. Sözügedən müxtəlif fəaliyyətlərin AQEM çərçivəsində
icra edilməsi onu daha da gücləndirir. Bu daha da böyük
inteqrasiyalara mühim töhvə verəcək”- deyə əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir