Çinin iqtisadi əlaqələrində Azərbaycan praktiki əməkdaşlığın mühüm hissəsi olub – Səfir

Baş səhifə

Bakı. Trend:

Həmişə Çinin iqtisadi əlaqələrində Azərbaycan praktiki
əməkdaşlığın mühüm hissəsi olub.

Trend xəbər
verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Avropa Dəmiryol
Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat
Marşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma mərasimi
çərçivəsində keçirilən tədbirdə deyib.

O, əvvəlcə qatarın qəbulu mərasimində iştirak edən çinli və
xarici qonaqlara səmimi qəlbdən təşəkkürünü bildirib və qatarın
Bakıya çatması münasibətilə təbrik edib.

Səfir daha sonra vurğulayıb ki, Çin-Avropa Dəmiryolu Ekspresi “Bir kəmər, bir yol” təşəbbüsünün qabaqcıl layihəsi və simvolik
brendidir:




“O, ümumilikdə 110 mindən çox qatarı qatarı idarə edərək
tədricən hamar, səmərəli, çoxistiqamətli və qurudan dənizlə
bir-birinə bağlı olan xarici kanallar şəbəkəsi qurur. Çin xarici
dünyaya yüksək səviyyəli açılışının genişlənməsini effektiv şəkildə
təşviq edir, marşrut boyunca ölkələrin rifahını yüksəldir, sabitlik
və tədarük zəncirinin firavanlığını təmin edir.

Bu ilin iyun ayında Çjetszyan yeni logistika kanalı açılıb.
Gündəlik tələbat malları, geyim, avadanlıq, aksesuarlar və digər
məhsullar olan 100 standart konteynerlə yüklənmiş qatar Çjetszyan
əyalətindən yola düşdü və dəmir yolu, dəniz, multimodal nəqliyyat
rejimi ilə Xəzər dənizindən birbaşa Bakıya keçdi. Bu, marşrut
boyunca ölkələr arasında ticarət mübadiləsinin təşviqinə, regional
iqtisadi inkişafın təşviqinə təkan verdi”.

L.Mey vurğulayıb ki, Azərbaycan son illərdə Trans-Xəzər
Beynəlxalq Nəqliyyat dəhlizinin inkişafına təkan vermək üçün öz
coğrafi üstünlüklərindən tam istifadə edir: “Həmişə Çinin iqtisadi
əlaqələrində Azərbaycan praktiki əməkdaşlığın mühüm hissəsi olub.
Bu ilin yanvar-iyun aylarında Çin-Azərbaycan 225 yük qatarı
istismar edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə
müaqayisədə iki dəfə çoxdur”.

“İki ölkənin birgə səyləri ilə Çin-Avropa Dəmiryolu Ekspresi
daha yüksək keyfiyyət, daha yaxşı səmərəlilik və daha çox
təhlükəsizliyə doğru inkişaf edəcək”, – deyə səfir fikrini
yekunlaşdırıb.