10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri
müəyyən edilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən
xəbər verir.

Bildirilib ki, Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) – Gəncə
(Avtovağzal), Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal),
Qapanlı kəndi (Şəmkir) – Gəncə (Avtovağzal), Yalqışlaq kəndi
(Göygöl) – Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) – Gəncə
(Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) – Gəncə (Dəmiryolu vağzalı),
Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi
(Goranboy) – Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) – Gəncə
(Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrə
müsabiqələrin qalibləri müəyyən edilib.




“Gəncə-Qazax” marşrutları üzrə fiziki şəxslər Kərimov Nəbi
Elbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu, Qurbanzadə kəndi
(Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə
(Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs “Simurq Kompani”
MMC, Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalı
kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi
şəxs “Kamil Avtonəqliyyat” MMC, Qapanlı kəndi (Şəmkir) – Gəncə
(Avtovağzal) marşrutu üzrə hüquqi şəxs “Fazil-20” MMC, Qırıqlı
kəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) –
Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs “Danyarlı”
şirkəti, Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutu
üzrə hüquqi şəxs “Nəqliyyat 1” MMC, Qaradağlı kəndi (Goranboy) –
Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs “Mələyim” MMC qalib
elan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir