Sülhün və təhlükəsizliyin ASEAN və AQEM çərçivəsində təşviqi vacibdir – Kambocalı ekspert

Baş səhifə

Bakı. Trend:

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN)
təhlükəsizlik arxitekturasını və Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) prinsiplərini nəzərə
almaqla sülhün, təhlükəsizliyin və birgə inkişafın necə təşviq
edilə biləcəyini müəyyənləşdirmək vacibdir.

Trend xəbər verir
ki, bunu Kambocanın Asiya Perspektivləri İnstitutunun prezidenti
Çen Kimlonq “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in
institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə”
adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü
sessiyasında çıxışı zamanı deyib.




“‘Qonşuluq’ diplomatiyasını inkişaf etdirmək lazımdır- ölkələr
arasında etimadın gücləndirilməsinə yönəlmiş, regional və insanlara
əsaslanan diplomatiyanı. Belə diplomatiya fəal olmalı və siyasi
ideologiyalardakı fərqləri kənara qoymalıdır”, – deyə o
bildirib.