Sumqayıtda avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs olundu (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq
avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər
sakinləri – 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanov
avtomobil idarə edən zaman piyada, eləcə də, digər yol hərəkəti
iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial
şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.




Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış
materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən
O.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs
olunub.