
Bakı. Trend:
Azərbaycanda sentyabrın 10-da havanın bəzi yerlərdə yağıntılı
keçəcəyi gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 20-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer
təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %,
gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti,
dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

