Milli Məclisin növbədənkənar sessiyası başa çatıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Trend xəbər
verir ki, spiker Sahibə Qafarova bu gün keçirilən xüsusi iclasda
növbədənkənar sessiyasını bağlı elan edib.

xxx

11:00




Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton
razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin
təntənəsi” mövzusunda xüsusi iclası öz işinə başlayıb.

Trend xəbər
verir ki, Konstitusiyanın 88-ci maddəsinin 2-ci hissəsinə əsasən,
Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının
çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr Sahibə Qafarova müraciəti nəzərə alaraq Milli Məclisin
növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam
imzalayıb.

Sərəncama əsasən, növbədənkənar sessiya çərçivəsində “Vaşinqton
razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin
təntənəsi” mövzusunda Milli Məclisin xüsusi iclası keçirilir.