İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin İdarə Heyətinin ilk iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin
(CECECO) İdarə Heyətinin onlayn formatda ilk iclası keçirilib.
Bununla da ötən ilin noyabrında COP29 çərçivəsində İƏT və BMT-nin
Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan
Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Energetika
naziri Pərviz Şahbazov bildirib ki, Təmiz Enerji Mərkəzinin
fəaliyyətə başlamasının vacibliyi İƏT-in 17-ci Zirvə Toplantısının
yekun sənədi – Xankəndi Kommunikesində də vurğulanır.

Mərkəzi təşkilat və üzv dövlətləri arasında mövcud və potensial
enerji tərəfdaşlıqlarını gücləndirməklə, regionda bərpaolunan
enerji layihələrinin inkişafını və enerji keçidini dəstəkləyəcək.
“Hazırda üç İƏT üzvü – Türkiyə, Qazaxıstan və Özbəkistan ilə “yaşıl
enerji dəhliz”lərinin yaradılması üzrə əməkdaşlıq edirik.
“Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl
enerji dəhlizləri regional enerji əlaqələrinin və regional elektrik
bazarının inkişafını hədəfləyən strateji təşəbbüslərdir. Bu
layihələr İƏT regionunda enerji əməkdaşlığını möhkəmləndirəcək,
regional enerji şəbəkələrini birləşdirəcək və emissiyaların
azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq”,
deyə nazir əlavə edib. Bildirilib ki, ev sahibi ölkə olaraq
Azərbaycan ədalətli enerji keçidi üzrə milli, regional və İƏT
miqyaslı məqsədlərə töhfə verəcəyinə inanaraq Mərkəzi dəstəkləməyə
sadiqdir.




İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan
Təmiz Enerji Mərkəzinin ev sahibliyini üzərinə götürdüyü üçün
Azərbaycana təşəkkürünü çatdırıb. Baş katib bildirib ki, Mərkəzin
fəaliyyətə başlaması üçün göstərilən səylər Azərbaycanın regional
əməkdaşlığın və karbon emissiyasının azaldılması gündəliyinin
irəlilədilməsində qərarlı və fəal rolunun sübutudur. Əminik ki,
Mərkəz regional davamlı enerji mərkəzlərinin qlobal şəbəkəsinin
güclü komponentinə çevriləcək.

İclasda Təşkilata üzv dövlətlər – Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə, Pakistan və BMT-nin Sənaye İnkişafı Təşkilatı
(UNIDO) təmsil olunub. Ölkələrin “yaşıl enerji” gündəliyini qlobal
tendensiyalara uyğun və koordinasiyalı həyata keçirməsi üçün
Mərkəzin fəaliyyətində fəal iştirak və dəstək göstəriləcəyi
vurğulanıb.

İclas zamanı Mərkəzin Daxili Qaydaları təsdiqlənib və Aysel
Yaqubova Təmiz Enerji Mərkəzinin icraçı direktoru təyin edilib.
İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında
keçirilməsinə qərar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir