Azərbaycanla “VISA” arasında Anlaşma Memorandumu imzalandı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və “VISA” şirkəti arasında müasir maliyyə həllərinin
genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat
naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, “VISA” şirkətinin MDB, Şərqi və Cənub-Şərqi
Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə
görüşüb.




Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin
inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir
mübadiləsi aparılıb.

“Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında
imzalanan Anlaşma Memorandumu ölkəmizdə müasir maliyyə həllərinin
genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət
edəcək.”- M. Cabbarov qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir