
Bakı. Trend:
İran hökuməti ailə və gənc cəmiyyətə dəstək qanunu çərçivəsində
2021-cil ildən bəri doğulan uşaqlara dövlət səhmi ayıracaq.
Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2021-ci ildə doğulan uşaqlar üçün 15 milyon
rial (təxminən 26 dollar), 2022-ci ildə doğulan uşaqlar üçün isə 23
milyon rial (təxminən 40 dollar) dəyərində dövlət səhmi nəzərdə
tutulub.
Mohacerani bildirib ki, bu səhmlər dövlət fondlarının satıla
bilən səhmləridir. Bunun üçün lazımi maliyyə ehtiyatları nəzərdə
tutulub.
Hökumət rəsmisi əlavə edib ki, qeyd olunan tarixdən yeni doğulan
uşaqların qeydiyyatdan keçməyən valideynlərindən 681 min nəfəri
indiyədək qeydiyyatdan keçib. Bu səhmlərin ayrılması prosesi
başlanacaq.
Qeyd edək ki, sözügedən səhm İranda “Ədalət Səhmləri”
adlandırılır. Bu səhmlər hökumətin kooperasiya şirkətləri
tərəfindən az təminatlı ailələrə ayırdığı səhmlərdir. Müəyyən
olunan hökumət səhmlərinin bir hissəsi “Ədalət Səhmləri” ilə
aztəminatlı ailələrə satılır.

