
Bakı. Trend:
Azərbaycan Orta Dəhliz vasitəsilə bərpaolunan enerji keçidinə
töhfə verərək inteqrasiyanı gücləndirəcək
Trend xəbər
verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) şöbə müdiri Şahmar Hacıyev AQEM Beyin Mərkəzləri Forumunun
13-cü toplantısı zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, Orta Dəhliz konsepsiyası Mərkəzi Asiya
ölkələrinin həm ənənəvi, həm də bərpaolunan enerji potensialını
gücləndirəcək:
“Orta Dəhliz konsepsiyası, bərpaolunan enerjinin daşınması üçün
mühüm bir potensial mənbəyidir. Bu konsepsiya, Şərqi Asiya, Mərkəzi
Asiya və Avropa arasında yeni logistika xətləri yaratmaqla,
bölgənin iqtisadiyyatını inkişaf etdirməyi hədəfləyir, həmçinin
bərpaolunan enerjinin idxalı və ixracı üçün imkanlar yaradır”.
Ş.Hacıyev onu da qeyd edib ki, ümumilikdə, Orta Dəhliz
konsepsiyası bərpaolunan enerji sahəsində logistika və daşınma
imkanlarını genişləndirməklə yanaşı, enerji bazarında yeni imkanlar
da yaradır.