Tramp marşrutu Azərbaycan və Ermənistan arasında sülhün əsas aspektidir – Kennet Encell

Baş səhifə

Bakı. Trend:

Tramp marşrutu Azərbaycan və Ermənistan arasında sülhün əsas
aspektidir.

Trend xəbər verir
ki, bunu ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi Koprasiyasının (DFC)
idarəedici direktoru Kennet Encell Amerika biznes nümayəndə
heyətinin Bakı səfərinin yekunlarına dair keçirilmiş brifinqdə
diqqətə çatdırıb.

“Mən belə başa düşürəm ki, qısa müddət ərzində, Orta Dəhliz üçün
daha geniş imkanlar açılacaq. Əsas məqsəd malların qərbdən şərqə,
sonra isə şərqdən qərbə, yəni mahiyyət etibarı ilə Avropadan Çinə
və geri daşınmasını təmin etməkdir.




Mən hesab edirəm ki, bu, sıfır nəticəli oyun deyil, danışdığımız
Orta Dəhliz Qazaxıstandan Azərbaycana, sonra Gürcüstana və daha
sonra limanlara aparan yol olacaq. Bu, Qazaxıstandan Azərbaycana,
sonra isə Türkiyə vasitəsilə gedən marşrutdan fərqlənəcəkmi – orada
bunu etmək üçün kifayət qədər mal var, sadəcə malların daşınması
üçün yeni bir yol açılacaq”, – deyə o bildirib.

Bundan başqa, Kennet Encell qeyd edib ki, bu marşrut Azərbaycan
və Ermənistan arasında sülh sazişinin imzalanmasında vacib mərhələ
olub və bu barədə Prezident Tramp da açıqlama verib.

“Əgər sülh varsa, məhz sülh sayəsində iqtisadi inkişafa nail ola
bilərsiniz. İqtisadi inkişaf isə rifaha aparır. Bu, ABŞ hökumətinin
işinin mahiyyətidir. Biz sadəcə açıq olduqda və sülh qurulduqda
nələrin baş verdiyinin nümunəsini göstərmək istəyirdik, belə olduğu
zaman biz dərhal investisiyaları cəlb edə bilərik. Konkret bu
missiya çərçivəsində biz limanlar, nəqliyyat və logistika
sahələrinə fokuslanmışıq. Buna görə də ABŞ hökuməti olaraq maliyyə
alətlərini açıq şəkildə təqdim edirik – istər ixrac sahəsində,
istər texniki-iqtisadi əsaslandırmalarda, istərsə də Azərbaycana
investisiyalarda”, – deyə o bildirib.