Nepalda iğtişaşlarda 22 nəfər ölüb- VİDEO – YENİLƏNİB

Baş səhifə

Nepalda baş verən iğtişaşlar nəticəsində azı 22 nəfər ölüb.

APA yerli mediaya istinadən xəbər verir ki, etirazçılar ölkənin xarici işlər naziri Arzu Rana Deubanın iqamətgahına hücum edərək ona xəsarət yetiriblər.

Bundan əlavə, maliyyə naziri Bişnu Prasad Paudel də etirazçılar tərəfindən küçədə döyülüb.

***

13:43

Nepalda etirazlar nəticəsində xəsarət alanların sayı 500 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.

Bundan başqa, etirazçılar parlament binasını yandırıb.

Qeyd edək ki, iğtişaşlar fonunda Baş nazir istefa verib.

Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub. Onlarla insan ölüb, xeyli sayda yaralı var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir