
Bakı. Trend:
Məqsəd Orta Dəhlizi daha effektiv etməkdir.
Bunu Trend-in
sualına cavab olaraq ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi
Korporasiyasının (DFC) idarəedici direktoru Kennet Encell Amerika
biznes-nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair
brifinqdə bildirib.
“Özlüyündə Orta Dəhliz yeni marşrut deyil. Məqsəd onu harmonizə
etmək, daha effektiv hala gətirməkdir. Bir sıra şeylərin
çatışmazlığı mövcuddur. Anbarlar – bu, mənim barəsində danışdığım
logistikanın bir aspektidir.
Əsasən, insanlar malların ora-bura daşınmasından danışırlar. Bu,
yalnız texnika deyil, həm də həyati əhəmiyyətli minerallar, pambıq,
neft və qazdır, yəni bütün bunlar elementlərdir, mal
növləridir.
Bu, tək bir boru kəməri deyil ki, onunla hər şey nəql olunsun,
onların hamısı birlikdə effektiv fəaliyyət göstərmək üçün potensial
yaradır. Orta Dəhliz şimal və cənub marşrutlarına alternativdir”, –
deyə o bildirib.