
Bakı. Trend:
Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci
ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət
göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib.
Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY)
istinadən xəbər verir.
Bildirilib ki, bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün
həcmi 4182 TEU konteynerə bərabər olub.
Qeyd edək ki Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu
ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və regiondan, Xəzər
dənizi və Qara dənizdən, həmçinin, 26 beynəlxalq nəqliyyat
xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri
əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə
yüklənmənin qarşısının alınmasına töhfə verir.
Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq
uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi
yüksəlir.

