Ermənistan, İran, Hindistan XİN nümayəndələri görüşəcək

Baş səhifə

2025-ci ilin sonunadək İrəvanda “Şimal-Cənub” beynəlxalq dəhlizinin həyata keçirilməsi və “Çabahar” limanının inkişafı üzrə Ermənistan, İran və Hindistan Xarici İşlər nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, İran, Hindistan və Ermənistan Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçüncü məsləhətləşmələr görüşü sentyabrın 8-də baş tutub.

Tərəflər xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, “Şimal-Cənub” dəhlizindən, Ermənistanın dördtərəfli sülh təşəbbüsü və bu baxımdan “Çabahar” limanının strateji yerləşməsindən istifadənin vacibliyini vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir