Bakı Limanında konteyner aşırılması 48% artıb

Baş səhifə

Bakı. Trend:

Bakı Limanında isə 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya
yaxın konteyner aşırılıb.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY)
istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin analoji dövrünün göstəricisi (47
157 TEU) ilə müqayisədə 48 faiz çoxdur.




“Bu onu göstərir ki, cari ildə Limanda konteyner aşırmaları
2024-cü ilin göstəricisini böyük həcmdə üstələyəcək”, – məlumatda
vurğulanıb.

Eyni zamanda, qeyd edilib ki, bu ilin avqustunda Azərbaycan Orta
Dəhlizlə Çindən 40 blok-qatar qəbul edib: “Bu il ərzində ümumilikdə
265 qatar qəbul edilib ki, bunlardan 104-ü tranzit qatarıdır. Ötən
ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir