“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib

Baş səhifə

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təlim təşkil edib.

APA-Economics” xəbər verir ki, təlimdə şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi elektron xidmətləri və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi yeniliklər barədə təqdimatlar nümayiş olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə ümumilikdə 30-dan çox media nümayəndəsi iştirak edib.

Qeyd edək ki, “AzInTelecom”un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir