
Bakı. Trend:
Xudat şəhərində əhalinin istirahəti və sağlam həyat tərzinin
formalaşdırılması üçün müvafiq şəraitin yaradılması məqsədilə
istirahət parkları yenilənir, küçələr asfaltlanır, piyadaların
rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilər
təmir olunur.
Son dövrlər şəhərin küçə və məhəllələrində mütəmadi aparılan
abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə
yaxşılaşmasına səbəb olub.
Yenidənqurma işləri Heydər Əliyev adına parkda davam etdirilir.
Hazırda parkın ərazisinə tamet döşənir. Görülən işlər çərçivəsində
yeni ağac və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, müasir
işıqlandırma sistemi yaradılacaq, mövcud fəvvarə yenilənəcək.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev istirahət
parkında görülən işlərlə tanış olub. İşlərin vaxtında və kefiyyətlə
yerinə yetirilməsi üçün tapşırıqlarını verib.
Elnur Rzayev sakinlərlə həmsöhbət olub, müraciət və təkliflərini
dinləyib.
Sakinlər son illər Xudat şəhərində həyata keçirilən geniş
miqyaslı abadlıq və quruculuq işlərinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.