
Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində brəpa-quruculuq,
yenidənqurma işləri davam etdirilir.
Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Xankəndi şəhərində yerləşən
23 fərdi yaşayış evinin cari təmir işləri aparılacaq.
Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq
işlərə başlayıb.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda, qurum görüləcək işlərin 1 485 244 manata başa
gələcəyini proqnozlaşdırıb.