
Bakı. Trend:
Ukraynanın Futbol üzrə milli komandasının dünya
çempionatı–2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində
Bakıda Azərbaycan Milli Komandasına qarşı keçirəcəyi oyunda güclü
azarkeş dəstəyi olacaq.
Trend xəbər verir
ki, Ukrayna Futbol Assosiasiyası AFFA-ya müraciət edərək ona iki
qonaq sektorun ayrılmasını xahiş edib.
Qeyd edək ki, adətən “Tofiq Bəhramov” stadionunda qonaq
komandaların azarkeşlərinə yalnız bir sektor ayrılır.
Azərbaycan – Ukrayna oyunu bu gün 31 mindən çox tamaşaçı
tutumuna malik olan sözügedən arenada keçiriləcək və matç Bakı
vaxtı ilə saat 20:00-da başlayacaq.