
Bakı. Trend:
Orta dəhliz etibarlı və dayanıqlı marşrut halına gəlib.
Trend xəbər verir
ki, bunu , bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Strateji
Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç “İnkişaf və
təhlükəsizliyin rezonansı: AQEM-in institusional
transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında
keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında
çıxışı zamanı söyləyib.
“Orta dəhliz etibarlı və dayanıqlı marşrut olub, qədim İpək
Yolunu yenidən canlandırır. Bu marşrut Çin vasitəsilə Mərkəzi
Asiyadan keçir, Qazaxıstan, Türkmənistan və Azərbaycan üzərindən
Xəzəri keçir, Gürcüstan vasitəsilə davam edir və Türkiyə vasitəsilə
Avropaya çatır,” – Dilmaç qeyd edib.
Onun sözlərinə görə, Bakı, Ələt, Aktau və Türkmənbaşı limanları
bu multimodal şəbəkədə əvəzolunmaz rol oynayır. Onun əsasını
həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu təşkil edir.
“‘Bir kəmər, bir yol’ təşəbbüsü və Orta dəhliz kimi layihələr
yalnız fiziki infrastruktur deyil. Bunlar inteqrasiya, sabitlik və
inklüziv inkişaf üçün strateji vasitələrdir və AQEM-in hədəfləri
ilə birbaşa uyğundur,” – T. Dılmaç bildirib.