Dörd gün güclü külək əsəcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 10-u axşamdan 14-dək Azərbycanda gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.




Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz,
Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan,
Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi
əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun
olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.