Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində maliyyə nöqsanları aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Hesablama Palatası tərəfindən 2023–2024-cü illərdə Naxçıvan
Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Nəqliyyatı
Agentliyi”nin maliyyə vəsaitlərinin istifadəsi audit olunub və bir
sıra ciddi nöqsanlar aşkarlanıb.

Trend quruma
istinadən xəbər verir ki, 2022-ci ildə illik smetaya qarşı 93%
həcmində faktiki xərc icra edilsə də, 2023-cü il üçün əvvəlki ilin
icrasından 210% artıq pqroqnoz layihəsi təqdim edilib.

Məlumata görə, müvafiq olaraq 880 451 manat həcmində smetaya
qarşı 381 707 manat, yəni 43,32% xərc icra edilib.




Bildirilib ki, 2023-cü ildə qurum tərəfindən təsdiq edilmiş
smetaya qarşı 43,32% həcmində faktiki icra olsa da, 2024-cü il üçün
əvvəlki ilin faktiki icrasından 35,12% artıq pqroqnoz layihəsi
tərtib edilib. Proqnoz layihəsinə müvafiq olaraq 2024-cü ildə 515
763 manat həcmində smeta müəyyən edilmiş və 367 199,39 manat, yəni
71,2 % faktiki xərc edilmişdir ki,bu da 2023-cü ilin icrasından
4,35% az deməkdir.

2 ədəd sərnişin avtobusunun Agentliyin balansından silinməsi
zamanı metal qəbulu məntəqəsinə 20.03.2023-cü il tarixdə çəkisi 6
ton olmaqla təhvil verilmiş, lakin 26.02.2025-ci il tarixədək
qurumun hesabına vəsait daxil olmamışdır. İxtisaslaşdırılmış
internet resurslarında 1 ton dəmirin qiyməti həmin dövr üçün orta
hesabla 370 manat olduğu müəyyən edilmişdir ki, orta hesabla 2220,0
manat vəsait yayındırılmış, audit prosesində nöqsan aşkar
edildikdən sonra vəsaitin 602,0 manatı Agentliyin hesabına bərpa
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir