Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 20%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar
Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
xətti ilə büdcəyə 160,6 milyon manatdan çox vergi daxil olub ki, bu
da ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz və ya 19,4 milyon
manat çoxdur.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 110,4
milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə, bu sektordan vergi daxilolmaları 18,3 milyon manat və
ya 19,9 faiz artıb. Ödənilən vergilərin 68,7 faizi qeyri-dövlət
sektorunun, 31,3 faizi isə dövlət sektorunun payına düşüb.




Bundan başqa, 2025-ci ilin yanvar-avqust aylarında Naxçıvan
Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə
daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz
artaraq 3 milyon manatdan çox olub.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü
ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 20,2 milyon manatdan
artıq təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir