
Bakı. Trend:
Sentyabrın 9-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin AZ0201120018 ISIN kodlu, tədavül
müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə
hərrac keçirilib.
Bu barədə Trend Maliyyə Nazirlyinə isitnadən xəbər verir.
Məlumata görə, AZ0201120018 ISIN kodlu dövlət istiqrazları üzrə
investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə
ümumi məbləği 140,9 milyon manat təşkil edib.
“Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlət
istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti
101.2674 (gəlirlilik 7,5202%) və kəsmə qiyməti 100.7901 (7.7000%)
səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 09 sentyabr 2028-ci ildir”, – deyə
məlumatda qeyd edilib.