İsrail ordusu Qətəri bombaladı

Baş səhifə

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.

Metbuat.az “TRThaber”ə istinadən xəbər verir ki, adı açıqlanmayan İsrail rəsmisi İsrail mediasına açıqlamasında Dohadakı partlayışların İsrailin hücumu nəticəsində baş verdiyini iddia edib. Rəsmi iddia edib ki, İsrail Dohada danışıqlar aparan HƏMAS-ın yüksək vəzifəli şəxslərinə sui-qəsd cəhdi edib. İsrail mediası Təl-Əviv administrasiyasının hücumdan əvvəl ABŞ-ni məlumatlandırdığını və Prezident Donald Trampın hücuma razılıq verdiyini irəli sürüb. Mətbuat hücumun döyüş təyyarələri tərəfindən həyata keçirildiyini də yazıb.

HƏMAS liderləri sui-qəsddən xilas olublar. İsrail ordusunun yazılı açıqlamasında isə hava hücumu zamanı HƏMAS-ın yüksək rütbəli şəxslərinin hədəf alındığı bildirilib. Ordunun bəyanatında hücumun harada baş verdiyi ilə bağlı təfərrüatlar verilməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.