Rusiyanın Yarovoyaya zərbəsi nəticəsində 24 nəfər ölüb, 19-u yaralanıb – VİDEO – YENİLƏNİB

Baş səhifə

Donetsk bölgəsindəki Yarovaya kəndində Rusiya zərbəsi nəticəsində 24 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, hücum nəticəsində 19 nəfər yaralanıb.

***

13:31

Rusiya ordusu Donetsk bölgəsindəki Yarovaya kəndində zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, 20-dən çox ölü var.

Ukrayna lideri diqqətə çatdırıb ki, kənd pensiya verildiyi zaman bombalanıb.

“Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın reaksiyası lazımdır. Avropanın reaksiyası lazımdır”, – Zelenski qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir