
Bakı. Trend:
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa
çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa
çıxıb.
Trend xəbər
verir ki, B qrupunda yer alan milli komandamız Bakıda Bolqarıstanın
müvafiq yaş qrupundan ibarət kollektivlə qarşılaşıb.
“Liv Bona Dea Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb. Bununla da yığmamız seçmə mərhələdə ilk xalını
qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi B qrupunun I turunda səfərdə
Portuqaliyaya 0:5 hesabı ilə uduzub.