BMT Baş katibi İsrailin Dohaya hücumunu pisləyib

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı
qərargahına hücumunu pisləyib.

Trend-in
məlumatına görə, Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında
mətbuat konfransında jurnalistlərə açıqlamasında bu barədə
danışıb.




“Biz İsrailin Qətərə hücumları haqqında yenicə öyrənirik. Bu
ölkə atəşkəs və bütün girovların azad edilməsində çox müsbət rol
oynayır. Mən Qətərin suverenliyi və ərazi bütövlüyünün belə kobud
şəkildə pozulmasını pisləyirəm. Bütün tərəflər daimi atəşkəsə nail
olmaq üçün çalışmalıdır”, – deyə BMT Baş katibi əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir