Apple yeni “Apple Watch Series 11” smart saatını təqdim etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Apple” şirkəti yeni nəsil “Apple Watch Series 11” smart
saatını təqdim edib.

Trend-in
məlumatına görə, cihaz şirkətin rəsmi təqdimatında nümayiş
etdirilib.

Yeni batareya “Series 11” modelinə 24 saat doldurulmadan işləmək
imkanı yaradır. Bundan əlavə, ekran xüsusi şüşə ilə örtülüb və bu,
əvvəlki modeldən iki dəfə zədələnməyə davamlıdır.

Dizayn əvvəlki “Series 10” modeli ilə eyni qalsa da, ən mühüm
yenilik peyk rabitəsi dəstəyinin əlavə olunmasıdır.

Qiymətlər belədir:




Apple Watch SE 3 – 250 dollardan

Apple Watch Series 11 – 400 dollardan

Apple Watch Ultra 3 – 700 dollardan

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir