
Bakı. Trend:
“Apple” şirkəti yeni nəsil idmançılar və səyahətçilər üçün
nəzərdə tutulan əsas saatlarını – Apple Watch Ultra 3 modelini
təqdim edib.
Trend xəbər verir
ki, yeni cihaz seriyada ən böyük displeyə, təkmilləşdirilmiş
batareyaya və yeni kəmərlərə malikdir.
Watch Ultra 3 42 saata qədər enerji toplamasız işləyə bilir və
peyk rabitəsi vasitəsilə SOS siqnalları göndərmək imkanı ilə
fərqlənir.
Model iki rəngdə təqdim olunub – təbii titan və qara. Başlanğıc
qiyməti 800 ABŞ dolları təşkil edir.