
Bakı. Trend:
“Apple” şirkəti üçüncü nəsil AirPods Pro 3 qulaqlıqlarını təqdim
edib.
Trend xəbər verir
ki, yeniliklər arasında əsasən iki dəfə gücləndirilmiş səsboğucu
sistem və 30% uzunmüddətli batareya ömrü var – indi səsboğucu aktiv
olduqda belə qulaqlıqlar 8 saat işləyir.
Səsboğucu yalnız musiqiyə qulaq asmaqda deyil, həm də Apple
Intelligence vasitəsilə nitqin real vaxtda tərcüməsində istifadə
ediləcək. Danışıq zamanı qulaqlıqlar səs tonunu avtomatik
azaldacaq, cavablar isə tərcümə olunaraq iPhone ekranında
göstəriləcək.
Yeni model IP57 standartı üzrə toz və suya davamlıdır və iki
yeni sensor vasitəsilə nəbz ölçmə funksiyası qazanıb. Bütün məşqlər
“Sağlamlıq” tətbiqində izləniləcək.
Qulaqlıqlar beş müxtəlif ölçüdə silikon ucluqla təchiz olunub.
Qiymət – 249 ABŞ dolları. Artıq ön sifariş mümkündür.

