
Bakı. Trend:
Macarıstan Shell şirkəti ilə 10 il müddətinə ildə 2 milyard
kubmetr təbii qaz almağa dair müqavilə imzalayıb.
Trend xəbər verir
ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter
Siyarto məlumat verib.
O bildirib: “Bu, Qərb tədarükçüsü ilə indiyə qədər bağlanmış
təbii qaz tədarükü üzrə ən böyük və ən uzunmüddətli müqavilədir.
İndicə imzalanmış müqavilə 2026-cı ildən başlayaraq 10 il ərzində 2
milyard kubmetr təbii qazın alınmasına aiddir.”
Peter Siyarto əlavə edib ki, “Shell” ilə müqavilə mövcud
tədarükləri qoruyub saxlamaqla, Macarıstan ərazisinə yeni
resursların cəlb edilməsinə imkan verəcək.

