“Sabah” yeni futbolçu ilə heyətini gücləndirib

Baş səhifə

Bakı. Trend:

“Sabah” futbol komandası heyətini yeni oyunçu ilə
gücləndirib.

Trend xəbər verir
ki, polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra
Masazır təmsilçisinin uğurları üçün çıxış edəcək. 26 yaşlı futbolçu
Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.




Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie
Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union
Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern”
(2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın
“Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında
çıxış edib. O, həmçinin Polşanın əsas millisində 15 oyun
keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir