
Bakı. Trend:
Yevlaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Trend xəbər verir
ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə bu gün Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən
110/35/10 kV-luq “Yevlax” yarımstansiyasında təmir işləri
aparılacaq.
Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək rayonun Duzdağ
qəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndlərində, eləcə də
şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.