
Bakı. Trend:
400 ən varlı amerikalının ümumi sərvəti 6,6 trilyon dollara
çatıb və siyahıya hələ də İlon Mask başçılıq edir.
Trend xəbər verir
ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
2025-ci ildə reytinqə daxil olmaq üçün ən azı 3,8 milyard
dollarlıq kapitala malik olmaq tələb olunur ki, bu da 2024-cü
ildəki minimum dəyərdən 500 milyon dollar çoxdur.
Siyahıya görə, 2025-ci ildə Maskın sərvəti 438 milyard dollar
təşkil edib. İkinci yerdə Oracle texnoloji şirkətinin direktorlar
şurasının sədri Larri Ellison (276 milyard dollar), üçüncü yerdə
Meta korporasiyasının həmtəsisçisi Mark Zukerberq (253 milyard
dollar), Amazon-un qurucusu Ceff Bezos isə 241 milyard dollar
sərvətlə yer alıb.
ABŞ-ın hazırkı prezidenti Donald Tramp 7,3 milyard dollar
sərvəti ilə 201-ci sıradadır.

