ABŞ Konqresinin nümayəndə heyəti Çinə rəsmi səfər edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki partiyalı
qanunverici qrupu sentyabr ayında Çinə rəsmi səfər edəcək.

Trend NBC
telekanalına istinadla xəbər verir ki, rəsmilərin Çin Xalq
Respublikasının sədri Si Cinpinlə görüşməsi nəzərdə tutulur.




Bu, Nümayəndələr Palatası üzvlərinin 2019-cu ildən bəri Çinə ilk
belə səfəri olacaq.

Qeyd edək ki, bundan əvvəl Çin Xalq Respublikasının Baş Gömrük
İdarəsi məlumat yayıb. Bildirilib ki, Çin ilə ABŞ arasında ticarət
dövriyyəsi yanvar-avqust aylarında təxminən 380 milyard dollara
enib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 14
faizdən çox azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir