“Google” süni intellekt rejimini beş yeni dildə istifadəyə verdi

Baş səhifə

Bakı. Trend:

“Google” axtarışın süni intellekt rejiminin dəstəyini beş yeni
dilə – hind, yapon, koreya, indoneziya və Braziliya portuqalcasına
genişləndirib.

Trend xəbər verir
ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Artıq bütün dünyada əlçatan olan funksiya daha dəqiq və faydalı
axtarış üçün yerli kontekst və mədəni xüsusiyyətləri nəzərə alır.
Sistem təkmilləşdirilmiş “Gemini 2.5” versiyasından istifadə edir
və multimodal axtarışla yanaşı, məntiqi nəticə çıxarma imkanlarını
da dəstəkləyir.




Bu, süni intellekt rejiminin yalnız ingilis dilində istifadəyə
verilməsindən sonra atılmış ilk addımdır. İndi istifadəçilər
mürəkkəb sualları ana dillərində ünvanlaya və ətraflı cavab ala
biləcəklər.

Xatırladaq ki, süni intellekt rejimi ilk dəfə 2025-ci ilin
martında ABŞ-də sınaqdan keçirilib, daha sonra Böyük Britaniya və
Hindistanda istifadəyə verilib. Avqustda isə rejim 180-dən çox
ölkədə aktivləşdirilib. Digər dillər üçün dəstək isə yalnız indi
tətbiq olunub.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu yenilik süni
intellektlə axtarışın həm qlobal, həm də lokal əhəmiyyətini
artıracaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir