ABŞ-də Tramp əleyhinə kütləvi etirazlar planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 18-də ABŞ-nin müxtəlif ştatlarında Prezident Donald
Trampın siyasətinə qarşı genişmiqyaslı nümayişlər keçiriləcək.

Trend xəbər verir
ki, bu barədə “No Kings” hərəkatının təşkilatçıları məlumat
yayıblar.




Aksiyanın məqsədi hakimiyyətin xalqa məxsus olduğunu bir daha
dünyaya nümayiş etdirməkdir. Təşkilatçılar bəyanatlarında
bildiriblər: “İyun ayında dünya xalqın gücünü gördü və Trampın
özünə ‘tacqoyma mərasimi’ keçirmək cəhdi müqavimət nəticəsində
uğursuz oldu. İndi isə o, ordunu icmalara göndərməyə, seçicilərin
hüquqlarını məhdudlaşdırmağa və milyarderlərə imtiyazlar verməyə
çalışır. Demokratiya diktaturaya qarşıdır”.

Etirazlarda ölkə üzrə ən azı 5-6 milyon insanın iştirak edəcəyi
gözlənilir.