“Tesla”nın ABŞ bazarındakı payı son 8 ilin minimumuna enib

Baş səhifə

Bakı. Trend:

“Tesla” şirkətinin ABŞ elektromobil bazarındakı payı kəskin
şəkildə azalaraq səkkiz ilin ən aşağı göstəricisinə düşüb.

Trend xəbər verir
ki, bu barədə “Cox Automotive” tədqiqat şirkətinin məlumatında qeyd
olunub.




Məlumata görə, alıcılar getdikcə daha çox digər istehsalçıların
elektrikli avtomobillərinə üstünlük verirlər. Bir vaxtlar ABŞ
elektromobil bazarının 80 faizindən çoxuna sahib olan “Tesla”nın
satışları avqust ayında ümumi elektrikli avtomobil satışlarının
cəmi 38 faizini təşkil edib.

Qeyd edilir ki, şirkətin hələlik ən son yeni modeli 2023-cü ildə
təqdim olunan “Cybertruck” pikapıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir