
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şəmkir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə
məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa
müddətdə söndürülüb və yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində “VAZ 2107” markalı avtomobilin idarəetmə
lövhəsi və salonu qismən yanıb, avtomobilin qalan hissəsi isə
yanğından qorunub.

