ABŞ ordusu 14,1 milyard dollarlıq müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu “MQ-9” pilotsuz uçan aparatının (PUA) proqramını
inkişaf etdirmək məqsədilə 14,1 milyard dollarlıq müqavilə
imzalayıb.

Trend xəbər verir
ki, bu barədə Pentaqon məlumat yayıb.

Müqavilə Kaliforniyadan General Atomics Aeronautical Systems
şirkəti ilə bağlanıb və MQ-9 platformasının inkişafı, satınalması,
modernləşdirilməsi, texniki dəstəyi və digər prosesləri əhatə edir.
Sənəd həmçinin bu dronların Hindistana, eləcə də potensial digər
xarici ölkələrə satışını da nəzərdə tutur və 2031-ci ilin sonuna
qədər qüvvədə olacaq.




MQ-9 dronu peyk vasitəsi ilə idarə olunur və müstəqil uçuşlar
həyata keçirə bilir.

ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında hər birinin qiyməti 17
milyon dollar olmaqla təxminən 200 ədəd MQ-9 dronu mövcuddur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir