OpenAI Koreya Respublikasında regional ofis açıb

Baş səhifə

Bakı. Trend:

ChatGPT chatbotunun yaradıcısı olan Amerikanın OpenAI şirkəti
Koreya Respublikasında regional ofis açıb.

Trend xəbər verir
ki, bu barədə şirkət məlumat yayıb.

Yeni nümayəndəlik OpenAI-nin Asiyada Sinqapur və Yaponiyadan
sonra üçüncü, dünyada isə 12-ci ofisi olub.




Şirkətin baş strategiya direktoru Ceyson Kvon Seulda keçirilən
mətbuat konfransında bildirib: “Koreya Respublikası uzun müddətdir
ki, texnoloji güc mərkəzi hesab olunur. Qabaqcıl infrastruktur,
innovativ şirkətlər və yeniliklərə açıq cəmiyyət ölkəni süni
intellekt üçün ideal mərkəzə çevirir”.

Onun sözlərinə görə, Cənubi Koreyada həftəlik ChatGPT
istifadəçilərinin sayı son bir ildə dörd dəfə artıb. Ölkə pullu
abunəçilərin sayına görə Asiya-Sakit Okean regionunda birinci
yerdədir. Bundan başqa, koreyalı tərtibatçılar OpenAI-nin proqram
xidmətlərindən ən çox istifadə edən ilk on ölkə arasında yer
alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir