Şəmkirdə “VAZ 2107” yandı

Baş səhifə

Şəmkir şəhərində minik avtomobilində yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “VAZ 2107” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.