Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə
və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri
tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən
məlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və
metamfetamin aşkarlanıb.




Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı
tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc
qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində
deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir