
Bakı. Trend:
Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondunun
təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbli
ləvazimatları” layihəsi həyata keçirilib.
Trend xəbər
verir ki, layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərs
ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib.
Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos,
stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.
“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusi
əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondunun
təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyə
karvanı” layihəsinə də dəstək göstərib. “AzInTelecom” hər zaman bu
istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan
edir.

