Banqladeşdən olan ekspert AQEM maliyyələşdirilmə mexanizminin yaradılmasının vacibliyini vurğulayıb

Baş səhifə

Bakı. Trend:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə
(AQEM) üçün maliyyələşdirmə mexanizmlərinin yaradılması
vacibdir.

Trend xəbər verir
ki, bunu Banqladeşin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun
böyük elmi işçisi Məhəmməd Aşiq Rəhman (Mohammad Ashique Rahman)
“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional
transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında
keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında
çıxışı zamanı deyib.

“AQEM hələ 2004-cü ildə, yaradılmasından beş il sonra etimadın
möhkəmləndirilməsi və əsas prioritet istiqamətləri müəyyənləşdirdi.
Bu istiqamətlər bu gün də mövcuddur, lakin onların uğurla həyata
keçirilməsi üçün təşkilat innovativ yanaşma nümayiş etdirməlidir,
çünki bu, onun fəaliyyətinin əsas sahəsidir. Bunun üçün AQEM-ə
aydın struktur və kifayət qədər resurs lazımdır. Maliyyələşdirmə
problem olaraq qalır, buna görə də təşkilatı öz qarşısında duran
vəzifələri icra etmək üçün zəruri vəsaitlə təmin edəcək mexanizmlər
və struktur yaratmaq vacibdir”, – deyə o bildirib.




Ekspertin sözlərinə görə, həmçinin, AQEM regional təşkilat kimi
gənclərin potensialından maksimum dərəcədə istifadə etməlidir.
Gənclər təşkilatın proseslərinə cəlb olunmalıdır. Bir çox üzv
dövlətlərdə gənclərin payı əhəmiyyətlidir və bu qrupu üzv
dövlətlərin potensialının artırılması üçün resursa çevirmək
vacibdir.

“Bundan əlavə, analitik mərkəzlər forumu üçün daha səmərəli iş
planı vacibdir. AQEM-ə üzv ölkələrin analitik mərkəzləri daha fəal
şəkildə tədqiqatla məşğul olmalıdır”, – deyə Məhəmməd Aşiq Rəhman
vurğulayıb.